Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər koronavirusa yoluxma riskini azaltmağın yolunu tapıblar

Alimlər koronavirusa yoluxma riskini azaltmağın yolunu tapıblar

Tarix: 26 Dekabr 2020 20:57

Tədqiqatlar  göstərir ki, koronavirusa yoluxma riskini 9-14 faiz azaltmaq olar. Multivitaminlər, D vitamini, probiyotiklər və omeqa-3 yağ turşuları qəbul edərək koronavirusla yoluxma riskini 10-15 faiz azaltmaq mümkündür. Ancaq tədqiqata görə, bu təsir yalnız qadınlarda müşahidə olunub.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, London Kral Kollecinin mütəxəssis Kristina Menneyin rəhbərliyi ilə ABŞ, İsveç və İngiltərədən olan alimlər qrupu COVID Symptom Study  tətbiqi ilə fərqli ölkələrdən olan insanların bu xəstəliyi necə yaşadıqları barədə məlumatlardan istifadə ediblər. Tədqiqatçılar COVID-19 üçün PCR testinin nəticələri ilə təxminən 400 min sorğu analiz edib, testlərin əksəriyyəti mənfi olub. Bu anket sahiblərinin təxminən yarısı, koronavirus pandemiyası başlayandan bəri müxtəlif pəhriz əlavələri qəbul etdiklərini qeyd ediblər.
Sink, C vitamini və ya sarımsağın müntəzəm qəbul edilməsinin xəstələnmə riskinə heç bir təsirinin olmadığını, ancaq multivitamin istifadəsinin infeksiya riskini 13, D vitamini qəbulunun 9, probiyotiklərin 14, omeqa-3 yağ turşularının isə 12 faiz azaltdığını təsbit ediblər. Bu uğunluq yalnız qadınlarda tapılıb.

Milli.Az


Etiketlər:  Alimlər koronavirusa yoluxma riskini azaltmağın yolunu tapıblar


RƏYLƏR