Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 21:45
İngilis həkimlər keçəlliyin dərmanını tapıblar. Onlara görə, qırmızı yonca ekstraktı keçəlliyin qarşısını almağa kömək edir.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, ingilis həkimlərin apardığı təcrübədə saç tökülməsi olan 30 kişi iştirak edib. Dörd ay ərzində mütəmadi olaraq saçlarına 5 faizli qırmızı yonca ekstraktı (Trifolium pratense) tətbiq olunub. Bu müddətdən sonra könüllülərin saç böyüməsinin 13 faiz artdığı və saç tökülmə dövründə 29 faiz azalma olduğu məlum olub. Ancaq ekstrakt yerinə plasebo qəbul edən qrupda heç bir nəticə görünməyib.
Tədqiqatın başqa bir mərhələsində postmenopouzal dövrdə olan 109 qadın seçilib. Alimlər 90 gündən sonra qadınlar saç xəttinin quruluşunda, görünüşündə və ümumi keyfiyyətində əhəmiyyətli irəliləyişlər olduğunu görüblər.
Bundan əlavə, başqa bir bitki dərmanı olan Çin hibiscusunun (Hibiscus rosa sinensis) istifadəsi ümidverici nəticələr göstərib.
Bir qədər əvvəl ingilis trixoloq Philip Kingsley, bədəndə B12 vitamini çatışmazlığı səbəbindən keçəllik meydana gəldiyini, bu səbəbdən saç tökülməməsi üçün bu bioloji aktiv maddə ilə daha zəngin olan qaraciyər yeyilməli olduğunu tövsiyə edib.