Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada koronavirusa qarşı ilk vaksinasiya olunan 101 yaşlı qadın olub

Almaniyada koronavirusa qarşı ilk vaksinasiya olunan 101 yaşlı qadın olub

Tarix: 26 Dekabr 2020 22:44

Bakı. Trend:

Almaniyada yeni növ koronavirusa (COVİD-19) qarşı ilk vaksinasiya olunan Halberştadt şəhərinin sakini 101 yaşlı Edit Kvoytsalla olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, rəsmi olaraq Almaniyada koronavirusa qarşı vaksinasiya dekabrın 27-si başlayacaq, lakin 101 yaşlı qadın artıq bu gün "Comirnaty" inyeksiyası ilə vaksinasiya olunub.

Məlumata əsasən, Edit Kvoytsalla qocalar evində yaşayır.

Qeyd edək ki, "Comirnaty" "BioNTech - Pfizer" konsorsiumu tərəfindən hazırlanan koronavirusa qarşı vaksinin rəsmi adıdır.


Etiketlər:  Almaniyada koronavirusa qarşı vaksinasiya olunan yaşlı qadın olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ