Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa qarşı peyvənd olunduqdan sonra nələri etmək olmaz?

Koronavirusa qarşı peyvənd olunduqdan sonra nələri etmək olmaz?

Tarix: 27 Dekabr 2020 12:36

Koronavirusa qarşı peyvənd olunduqdan sonra, stresdən, o cümlədən orqanizmin temperaturunun həddindən artıq aşağı düşməsi və ya qalxmasından çəkinmək lazımdır.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə RF "Rospotrebnadzor"dan (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) bildirilib.

Bundan əlavə, qurum allergik reaksiyaya səbəb ola biləcək qidaları yeməməyə çağırıb.

Qeyd edək ki, bundan əvvəl COVID-19-a qarşı Rusiya peyvəndinin sınaqlarında iştirak edənlərə tövsiyələr verilmişdi. Belə ki, qadınlara bu dövrdə hamilə qalmamaları, analara peyvənddən sonra üç ay ərzində ana südü verməmələri və yumurta donoru olmamağı tövsiyə edilib.

Kişilər isə həmin dövrdə alkoqoldan imtina etməli və siqaret çəkməyi isə məhdudlaşdırmalıdır.


Etiketlər:  Koronavirusa qarşı peyvənd olunduqdan sonra nələri etmək olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ