Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2020 13:54
Bakı. Trend:
Goranboyda xüsusi karantin rejimini pozan Bakı sakinləri inzibati məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, Xocalı rayon Polis Şöbəsinin əməkdaşları Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində xidmət apararkən Bakı şəhər Qobustan rayon sakinləri Şahmirzə Balayev, Cahid Əliyev və Samir Rahmanovun yaşadıqları yeri xüsui icazəyə malik olmadan tərk etdiklərini aşkar edib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) protokol tərtib edilərək 200 manat həddində cərimə edilib.