Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Koronavirusa yoluxanların sayı təkrar artarsa...''

''Koronavirusa yoluxanların sayı təkrar artarsa...''

Tarix: 28 Dekabr 2020 07:14

Koronavirusla bağlı statistik göstəricilərdə müsbət dinamikanın olması bizi arxayın etməməlidir. Çünki koronavirusa yoluxanların sayı təkrar artarsa, yenidən əvvəlki qorxulu vəziyyət yarana bilər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

Professorun sözlərinə görə, epidemik prosesin içərisində dalğa adlandırılan ayrı-ayrı piklər olur: "Həmin proses başlayanda əvvəlcə yoluxma sayları artır. Bu dövrdə sözsüz ki, sağalanların sayı az olur. Müəyyən müddətdən sonra epidemiya özünün pik həddinə çatır. Proses bir müddət pik vəziyyətində qalır. Sonra yoluxanların sayında azalma müşahidə olunur. Keçmişdə yoluxub xəstələnənlər müalicə olunub sağaldıqları üçün onların sayı artır. Bu, epidemik prosesin qanunauyğunluğudur, hazırda biz onu müşahidə edirik. Bir neçə gün öncə ölkəmizdə koronavirusa yoluxanların sayı 4 minin üzərində idi. Təxminən iki həftə rəqəmlər belə qaldı. Bu, pik vəziyyəti idi. Hazırda isə getdikcə azalmalar müşahidə edilir. Burada görülmüş əks-epidemik tədbirlərin böyük əhəmiyyəti var. Vətəndaşların qaydalara riayət etməsi, müəyyən qadağaların tətbiq olunması, müxtəlif müəssisələrin bağlanması, iş rejiminin məhdudlaşdırılması və s. kompleks tədbirlər nəticəsində yoluxma saylarında azalmalar, bəzən isə kəskin enmələr müşahidə edilir".

A.Qurbanov bildirib ki, müsbət dinamika vətəndaşları koronavirusla mübarizədən çəkindirməməli, əksinə görünməz düşmənlə daha qətiyyətlə vuruşmağa sövq etməlidir. Unutmayaq ki, qaydalara əməl etməkdən başqa güclü silahımız yoxdur.


Etiketlər:  Koronavirusa yoluxanların sayı təkrar artarsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ