Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 46 yaşlı qadını maşın vurub öldürdü

Bakıda 46 yaşlı qadını maşın vurub öldürdü

Tarix: 13 Iyul 2019 18:00

Bakı. Samir Əli - Trend:

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə gecə saatlarında Mərdəkan-Bakı şosesində baş verib.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Vəliyev Emil Vəli oğlu etibarnamə ilə idarə etdiyi "VAZ-2106" markalı 02-BB-046 dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı şosesi, Qala qəsəbəsi ərazisində hərəkətdə olarkən yolu keçən piyada, Zərdab rayon sakini, 1973-cü il təvəllüdlü Qarayeva Nisə Vəli qızını vurub.

Qadın hər iki qolun və hər iki ayağın sınığı xəsarəti alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. N.Qarayeva aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda yaşlı qadını maşın vurub öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ