Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 13:16
Xəbər verdiyimiz kimi, hazırda Ermənistan Milli Məclisinin binasının qarşısında etiraz aksiyası keçirilir.
Sonxeber.net bildirir ki, vətəndaşlar hakim "Mənim addımım" blokundan olan deputat Andranik Köçəryanın avtomobilini yumurta atəşinə tutub.
Etirazçılar deputatın ünvanına "xain" şüarları səsləndirib.
Baş verənlərə reaksiyasız qalmayan deputat əsəbiləşərək onlardan birinə "Xain sənin anandır" deyib. Lakin etirazçı ona borclu qalmayıb və "sənin atandır" deyib. (publika.az)