Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 13:42
Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biri də Sumqayıtdan olan 24 yaşlı Tərlan Məmmədovdur. Qəhrəmanımız Füzulidə şəhid olub.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, "Azərbaycan əsgəri hələ öz sözünü deyəcək". 5 il bundan öncə belə ifadə etmişdi Vətənə sevgisini.
İllər sonra öz arzusuna çatdı. Şəhadətə , şəhidlik zirvəsinə yüksəldi. Tərlan Məmmədov hərbi xidmətdə olarkən hər kəsin sevgisini qazanıb. Müharibə başlayanda isə ön cəbhəyə hamıdan qabaq birinci özü gedib.
Birinci qarabağ müharibəsinin iştirakçısı olan Atası Müşviq Məmmədov deyir ki, oğlu könüllü olaraq cəbhəyə gedib.Füzuli rayonunun alınmasına fəal iştirak edib. Tərlan ,elə ordaca həmin rayonda şəhid olub..
Anası onu hələdə yuxularında görür. Evin tək oğlu olmasına baxmayaraq övladı ilə qürur hissi keçirir..
Bikəxanım Məmmədova da qardaşı ilə fəxr edir. Deyir ki, tək təsəlli yerimiz torpaqlarımızın azad edilməsi və qardaşımın qisasının alınması olub...
24 yaşlı şəhid Tərlan Məmmədov Abşeron rayon Saray qəsəbəsində Şəhidlər xiyabanında dəfn olunub. Yaşadığı Hacı Zeynalabdin qəsəbəsində adına bulaq tikilib. Barelyefi vurulub. Göstərdiyi qəhrəmanlığa və şücaətə görə medallarla təltif olunub.