Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 16:12
Kənd təsərrüfatı istehsal kooperativlərinin yaradılma prosedurlarının sadələşdirilməsi məqsədilə nümunəvi nizamnamə hazırlanıb.
Kənd Təsərrüfatı Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, kənd təsərrüfatında fermer tərəfdaşlığının formalaşdırılması və kooperasiyanın inkişafı üçün tədbirlər müəyyən olunub.
Belə ki, müxtəlif təsərrüfat sahələri üzrə Cəlilabad rayonunda çiyələk istehsalı üzrə, Lənkəran rayonunda çəltikçilik və çayçılıq üzrə, Xaçmaz rayonunda gilas istehsalı üzrə, Bərdə və Ağcabədi rayonlarında pambıq istehsalı üzrə, Göyçay rayonunda xurma istehsalı üzrə, Zaqatala rayonunda çay istehsalı üzrə, Astara rayonunda sitrus meyvəçiliyi üzrə, Hacıqabul və Ağdaş rayonlarında taxıl istehsalı üzrə kooperativlərin yaradılması nəzərdə tutulur.