Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2020 08:40
Bakı. Trend:
Meksikada 10 milyondan artıq insan müvəqqəti işıqsız qalıb.
Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Elektrik enerjisi üzrə Federal Komissiyasının "Twitter" səhifəsində bildirilir.
Məlumata əsasən, 10,3 milyon Meksika sakinin işıqsız qalmasına səbəb qəza olub. Təxminən 2 saat ərzində qəza əradan qaldırılıb və elektrik enerjisinin verilməsi bərpa olunub.
İnsidentlə bağlı əhali arasında xəsarət alanların olması barədə məlumat verilmir.