Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2019 07:32
Bakı. Trend:
Londonda avtomobil bir qrup insanın üstünə çıxıb.
Trend-in məlumatına görə, bu barədə "Daily Star" qəzeti xəbər verib.
Məlumata əsasən, hadisə nəticəsində ən azı yeddi nəfər xəsarət alıb.
Bildirilir ki, hadisə yerli vaxtla saat 23-15-də Bettersi rayonu yaxınlığında olan bir oteldə baş verib. Polis hadisə yerinə gəlib.
Qətl törətməyə cəhd etməkdə şübhəli bilinən üç nəfər, daha sonra dörd nəfər ictimai asayişi pozduqlarına görə saxlanılıb.
Həmçinin deyilir ki, hadisə terror aktı kimi hesab edilmir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin