Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2020 11:36
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımları ödənilib.
Bu barədə Sonxeber.net-a Fonddan məlumat verilib. Bildirilir ki, vətəndaşlar hesablarına köçürülmüş müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.