Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şəxslərin maaşı 3 dəfə artdı - Rəsmi

Bu şəxslərin maaşı 3 dəfə artdı - Rəsmi

Tarix: 27 Oktyabr 2025 16:36

Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əmək haqları artırılıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına aşağıdakı artım əmsalları tətbiq ediləcək:

- baş həkim - 3,0 dəfə;

- baş mühasib, həkim-pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi, həkim diyetoloq - 2,5 dəfə;

- baş tibb bacısı, böyük tibb bacısı (qardaşı), psixoloq, hüquq məsləhətçisi, mühasib - 2,0 dəfə;

- təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr - 1,5 dəfə.

Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.

Bu Qərar 2025-ci il avqustun 1-dən tətbiq edilir.


Etiketlər:  şəxslərin maaşı dəfə artdı Rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ