Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Malidə partlayış - 3 fransız əsgəri öldü

Malidə partlayış -  3 fransız əsgəri öldü

Tarix: 29 Dekabr 2020 12:44

Malidə partlayış baş verib.

Sonxeber.net unikal.org-a istinadən bildirir ki, Qərbi Afrika regionunda yerləşən ölkənin Hombori bölgəsində əvvəlcədən quraşdırılmış bomba partladılıb. Partlayış nəticəsində ölkədəki Fransa hərbi kontingentində xidmət edən 3 fransız əsgəri həyatını itirib.

Məlumatı Fransa Müdafiə Nazirliyi də təsdiqləyib. Həmçinin Fransa prezidenti Emmanuel Makronun əsgərlərin ailələrinə başsağlığı verdiyi bildirilir. Hazırda araşdırma aparılır.


Etiketlər:  Malidə partlayış fransız əsgəri öldü


RƏYLƏR