Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada erməni yazıçılara boykot qoyuldu

Ukraynada erməni yazıçılara boykot qoyuldu

Tarix: 30 Dekabr 2020 10:58

Ukraynanın Milli Yazıçılar Birliyi (UMYB) BMT və digər beynəlxalq təşkilatlarda səsvermələr zamanı Ukraynanın ərazi bütövlüyünə və sərhəd toxunulmazlığına qarşı mövqe tutmuş ölkələrdən olan yazçıların əsərlərini çap etməyəcək.

Milli.Az İnterfaks-a istinadən bildirir ki, həmin ölkələr Rusiya Federasiyası, Venesuela, Ermənistan, Zimbabve, İran, Kamboca, Qırğızıstan, Çin, Şimali Koreya Xalq-Demokratik Respublikası, Kuba, Laos, Myanma, Nikaraqua, Serbiya, Suriya və Sudandır.

Klassiklərin, habelə Ukraynanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını aşkar şəkildə dəstəkləyən yazıçıların əsərləri istisnadır.

UMYB, habelə üzvlərindən tələb edib ki, sözügedən ölkələrin nümayəndələrinin təşkil etdiklər istənilən ədəbi-bədii tədbirlərdə iştirak etməsinlər.

Milli.Az


Etiketlər:  Ukraynada erməni yazıçılara boykot qoyuldu


RƏYLƏR