Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 13:00
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda gender siyasəti yüksək səviyyədədir. Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
S.Qafarova bildirib ki, hər kəsin gender bərabərliyi ilə öz müxtəlif baxışları var, ancaq dövlət tərəfindən bu istiqamətdə bütün lazımi işlər görülür və gender siyasəti yüksək səviyyədə həyata keçirilir.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı dinlənilib.
Məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib. Deputatlar məsələ ilə bağlı təklif və rəylərini bildirblər.