Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistan yenidən müharibə iddiasına düşərsə, onları çox ağır məğlubiyyət gözləyir''

''Ermənistan yenidən müharibə iddiasına düşərsə, onları çox ağır məğlubiyyət gözləyir''

Tarix: 30 Dekabr 2020 15:33

Ermənistanın 44 günlük müharibənin yekunlarında ağır məğlubiyyətə məruz qalması ölkənin ictimai-siyasi həyatında böyük böhran yaradıb və gərginlik pik həddinə çatıb.

Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, 10 noyabr bəyanatından sonra revanşist ritorika Ermənistanda daha çox hiss olunmağa başladı:

"Bununla yanaşı olaraq Ermənistanın paytaxtı İrəvanda hər gün, demək olar ki, kütləvi nümayişlər keçirilir. Ancaq bu nümayişlərin miqyası və nümayişlərdə iştirak edən şəxslərin sayı kifayət etmir ki, hazırkı Baş nazir Nikol Paşinyanın hakimiyyətdən getməsinə səbəb olsun. Bununla yanaşı olaraq çox güclü müxalif qrupların ayrı-ayrı media orqanlarında, eləcə də meydanlarda çıxışlarının hərəkətlənmələrinin şahidi oluruq. Artıq Ermənistanın hərbi-siyasi rəhbərliyi də məğlubiyyətin məsuliyyətini öz üzərinə götürür və bu məğlubiyyətdə onların da payının olduğunu etiraf edirlər. Ermənistan Prezidenti Aram Sarkisyan və Baş nazir Nikol Paşinyan məsuliyyəti üzərinə götürdüyünü dəfələrlə bildirsə də sərhədlərin delimitasiyası və demarkasiya məsələsində, eləcə də 10 noyabr bəyanatının yekunlarında Ağdam, Kəlbəcər və Laçının tarixi sahiblərinə qaytarılmasından sonra revanşist ritorika Ermənistanda daha çox hiss olunmağa başladı".

İ.Hüseynov deyib ki, bundan sonra da bölgədə təhlükəsizliyə təhdid yaradan istənilən yaraqlılar, terrorçu qruplar Azərbaycan Ordusu tərəfindən məhv ediləcək:

"Əgər Ermənistanda yenidən böyük müharibə iddiasına düşən bəzi siyasətçilər bu yola qədəm qoyarsa, onları çox böyük, ağır məğlubiyyət gözləyir. Elə düşünməsinlər ki, rusiyalı sülhməramlıların arxasında dayanaraq Ermənistan siyasətçiləri hər hansısa bir dividentə, eləcə də digər üstünlüklərə nail olacaqlar. Əksinə, rusiyalı sülhməramlılar baş verən bir sıra insidentlərdə göstərdilər ki, hər hansısa siyasi ambisiyaların, hansısa müxtəlif çıxışların, iddiaların arxasınca getməyəcəklər və bu kimi iddialar çox əsassızdır. Buna görə də Ermənistanda hakimiyyəti devirməyə çalışan müxalifət partiyaların liderləri də, hakimiyyətdə olan Nikol Paşinyan da 44 günlük müharibənin nəticələrini çox yaxşı təhlil etməlidir. Çünki Azərbaycanın çox güclü ordusu var, eyni zamanda da baş verən insidentlərdə də çox uğurlu şəkildə anti-trerror əməliyyatı həyata keçirildi. Bundan sonra da təhlükəsizliyə təhdid yaradan istənilən yaraqlılar, ünsürlər, terrorçu qruplar zərərsizləşdiriləcək".

Təhməz Əsədov


Etiketlər:  Ermənistan yenidən müharibə iddiasına düşərsə onları çox ağır məğlubiyyət gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ