Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2019 14:16
Bakı. Trend:
İndoneziya ərazisində 7,3 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Sofifi yaşayış məntəqəsindən 152 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin