Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 17:20
Türkiyə yeni ildə NATO-da mühüm rol oynayan vəzifəni öz üzərinə götürəcək.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, qardaş ölkə bu vəzifəni yanvarın 1-dən Polşadan təslim alacaq.
NATO-nun Müdaxilə Qüvvələrinin bir hissəsi olan Çox Yüksək Hazırlıq Birgə Xüsusi Qüvvələrinin (VJTF) Komandanlığının 66-cı Mexanikləşdirilmiş Piyada Briqada Komandirliyinə Albaniya, Macarıstan, İtaliya, Latviya, Çernoqoriya, Polşa, Rumıniya, Slovakiya, İspaniya, İngiltərə və ABŞ-dan 6 min 400 nəfərdən ibarət hərbi qüvvələr yer alacaq.
NATO açıqlamasında VJTF-yə son model zirehli texnika, tank əleyhinə raketlər və haubitsaların ayrıldığını qeyd edib.
Qeyd edək ki, Rusiyanın Ukraynadakı sabitliyi pozan fəaliyyətləri və Yaxın Şərqdəki iğtişaşlar kimi dəyişən təhlükəsizlik mühiti səbəbindən VJTF-nin qurulmasına NATO dövlət və hökumət başçılarının 2014-cü ildə Uelsdə keçirilən zirvəsində qərar verilib.
2020-ci ildə Polşa və 2019-cu ildə Almaniya sözügedən qüvvəyə rəhbərlik edib.
VJTF NATO müttəfiqlərini hər cür təhdiddən qorumaq üçün çox qısa müddətdə hərəkətə keçməyə hazırdır.