Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 20:52
Böyük Britaniyada koronavirusa yoluxmadakı artım narahatlıq doğurur.
Belə ki, sərtləşdirilmiş karantin qaydalarına baxmayaraq virus ölkədə sürətlə yayılır. Çərşənbə axşamı virusdan 414 nəfər həyatını itirib, ölənlərin sayı 71 mini ötüb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Krallıqda ümumi yoluxma sayı isə 2 milyon 329 min 730 nəfərdir.
Yoluxmanın ən çox olduğu ölkələr sırasında 6-cı yerdə olan Krallığın baş tibbi məsləhətçisi Suzan Hopkins, ölkə daxilində infeksiyanın səviyyəsinin surətlə artımının qorxu doğurduğunu söyləyib.
Qeyd edək ki, Birləşmiş Krallıqda Pfizer-Biontech tərəfindən hazırlanan peyvənd bu günə qədər yarım milyon insana tətbiq edilib.