Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2020 12:30
Türkiyəli aktrisa İpək Erdem imicində dəyişiklik edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, izləyicilər saçlarını kəsdirərək bənövşəyi rəngə boyadan aktrisanın depressiyaya düşdüyünü yazıblar.
İ.Erdem bu barədə açıqlama edərək yeni seriala çəkildiyini bildirib:
"Dəli deyiləm, sağlamam. İdmanla məşğul olan, içki və siqaret istifadə etməyən insanam. Bir qadın saçını kəsdirib deyə, depressiyaya girmiş olmur. Möhtəşəm serial təklifi almışam. Saçlarım obrazıma uyğun gəldi".