Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xocalı rayon Polis Şöbəsinin əməkdaşları bayram sovqatı paylayıb

Xocalı rayon Polis Şöbəsinin əməkdaşları bayram sovqatı paylayıb

Tarix: 31 Dekabr 2020 20:36

Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar həmin ailələrə təqdim olunub, qarşıdan gələn bayram münasibətilə onları təbrik ediblər.

Milli.Az


Etiketlər:  Xocalı rayon Polis Şöbəsinin əməkdaşları bayram sovqatı paylayıb


RƏYLƏR