Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ən bahalı “Sony PlayStation 5” yaradılıb

Ən bahalı “Sony PlayStation 5” yaradılıb

Tarix: 1 Yanvar 2021 16:03

“Caviar” brendi “Sony PlayStation 5” oyun qurğusunun korpusu xalis qızıldan ibarət dünyada ən bahalı versiyasını təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews.” resursuna istinadən yazır ki, şirkətin məlumatına görə, ən sürətli, ən güclü və müasir “Sony PlayStation 5” konsolu dünyada ən çox satılan oyun qurğularındandır. Bu populyarlığa biganə qalmayan “Caviar” zərgərləri qurğunun bahalı, istehsalı çox çətin, qızıl versiyasını yaradıblar.

 

“Golden Rock” adlanan eksklüziv qurğunun korpusu orijinal zinət texnikasından istifadə edilməklə hazırlanıb. Bunun sayəsində xarici görünüş kristal mənşəni xatırladır. İstehsal üçün təxminən 20 kiloqram 750 əyarlıq qızıl tələb olunur. Həmçinin xalis qızıldan “Caviar” brendi lövhəsi mövcuddur.

 

“Golden Rock” konsolu iki kontroller ilə təchiz edilib. Manipulyatorlar qızıl lövhəli timsah dərisi ilə işlənib.

 

Yaradıcıların sözlərinə görə, “Caviar Sony PlayStation 5 Golden Rock” xüsusi dizayn ölçüsü, rasionallıq, parlaqlıq, düzgün xətlər və qızıl-zinət qatışığıdır.

 

Unikal konsolun qiyməti açıqlanmasa da, internet mənbələrinin məlumatına görə, qızılın dəyəri nəzərə alınmaqla onun qiyməti 1 milyon avrodan çox olacaq.

 

Nizam Nuriyev




Etiketlər:  Ən bahalı Sony PlayStation 5 yaradılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ