Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2021 07:12
Tez bir zamanda arıqlamaq və sağlam görünmək istəyirsinizsə, ən təsirli arıqlama yöntəmindən istifadə edin. Bu zaman siz təbii vasitələrdən istifadə edərək arıqlaya bilərsiniz. Bu yöntəm həm sizə ucuz başa gələcək, həm də sağlam şəkildə arıqlayacaqsınız. Arıqlamaq üçün hazırlanan qarışım darçın, zəncəfil , sarıkök və qatıqdan hazırlanır.
* Zəncəfil maddələr mübadiləsini sürətləndirir və orqanizmdən ödemin azalmasına səbəb olur.
* Qatıq bədəndə olan yağların yanmasını sürətləndirir və işhatanı azaldır.
* Sarıkök bağırsaqların mikroflorasını gücləndirir, qəbizliyi aradan qaldırır.
* Darçın qanda şəkərin miqdarını aşağı salır, şirniyyat və xəmir xörəklərinə qarşı olan həvəsi azaldır.
Bunların qarışımından hazırlanan vasitədən hər gün istifadə edildikdə qarın bölgəsinin piyləri azalır. Qarışımdan hər gün yatmazdan əvvəl qəbul edildikdə həftə ərzində 1 kq arıqlamaq mümkün olur. Qarışım aşağıdakı üsulla hazırlanır:
* 1 piyalə qatıq
* 1 çay qaçığı zəncəfil
* 1 çay qaşığı sarıkök
* 1 çay qaşığı darçın.
Bunlar dərin qabda yaxşıca qarışdırılır və axşam yeməyindən 2 saat sonra qəbul edilir, yatana qədər 3-4 stəkan su içilir.
Bu dietanı saxlayan zaman gün ərzində 3 dəfə yemək yeməli və xəmir yeməklərindən, qazlı və spirtli içkilərdən uzaq durmalısınız.