Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2021 11:36
Gürcüstanda Rusiyaya qarşı bir kin var. Kütləvi şüurda, xüsusən də gənclər arasında Rusiyanın imici son dərəcə mənfidir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burcanadze deyib.
Burcanadzenin sözlərinə görə, hazırki hakimiyyət Mixail Saakaşvilinin komandasının Moskva ilə münasibətləri xəyanətə bərabər tutduğu siyasi kursa sadiq qalmağa çalışır:
"Hazırda Gürcü Arzusu əksər vilayətlərdə Saakaşvilinin siyasətini təkrarlayır, ancaq pis nümunələri götürür. Həm də ondan qalma "bir siyasətçini nüfuzdan salmaq istəyirsinizsə, ona rusiyapərəst deyin" tendensiyasını qəbul etdilər".