Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanın iri ticarət və gündəlik tələbat mağazalarında böyük sıxlıq yaranıb

Gürcüstanın iri ticarət və gündəlik tələbat mağazalarında böyük sıxlıq yaranıb

Tarix: 3 Yanvar 2021 05:30

Gürcüstanın iri ticarət mərkəzləri və qeyri ərzaq mağazalarında böyük sıxlıq yaranıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb yanvarın 3-dən ölkədə iri ticarət mərkəzləri və qeyri ərzaq məhsullarının satışı mağazalarının yenidən bağlanmasıdır.

Hökumətin qərarına əsasən, dekabrın 31-dən yanvarın 2-də axşam saat 21:00-dək bütün iri ticarət mərkəzləri və qeyri ərzaq məhsulları satışı mağazalarının fəaliyyətinə icazə verilib. Qərarın digər bəndində isə bildirilir ki, həmin ticarət müəssisələri yanvarın 3-dən yenidən bağlanacaq və bu qadağalar fevralın 1-dək davam edəcək.

Əhali buna görə də, lazımi malları almaq üçün həmin mağazalara axışıb. Yanvarın 2-də bir çox iri ticarət şəbəkələrinin önündə yüzlərlə insan olub. Paytaxt Tbilisi, Rustavi, Kutaisi və digər bəzi şəhərlərdə növbəliliyin qorunmasına polis qüvvələri cəlb olunub.

Bəzi biznes strukturları onlayn-satış rejiminə keçib.

Hökumət sıxlığın aradan qaldırılması və koronavirusun yayılmasının qarşısını almaq üçün əhaliyə müraciət edib. Müraciətdə insanlar lazım olan vasitələrin əldə olunması üçün onlayın-satış xidmətlərindən istifadə etməyə çağırılıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus pandemiyasının qarşısını almaq məqsədilə 2020-ci il noyabrın 28-dən ölkənin iri şəhərlərində ictimai nəqliyyatın hərəkəti, iri ticarət mərkəzləri və qeyri ərzaq malları mağazalarının, restoran, kafe və barların, istirahət zonalarının fəaliyyəti dayandırılıb.

Ölkədə komendant saatı tətbiq olunur.

Məhdudiyyətlər fevralın 1-dək davam edəcək.


Etiketlər:  Gürcüstanın ticarət gündəlik tələbat mağazalarında böyük sıxlıq yaranıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ