Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mourinyo Premyer Liqanı sərt tənqid etdi

Mourinyo Premyer Liqanı sərt tənqid etdi

Tarix: 3 Yanvar 2021 07:22

Joze Mourinyo "Tottenhem" - "Fulhem" matçının təxirə salınması haqqında açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis qərarın verilmə müddətini tənqid edib, bunun professionallıqdan uzaq olduğunu deyib.

Təcrübəli baş məşqçi açıqlamasında "Bu barədə çox danışmaq istəmirəm. Sadəcə bu addımın peşəkar olmadığını düşünürəm. Həftə ərzində özümüzü hazırladıq, amma bütün çalışmalarımız yox oldu. Matça çıxmayacağımızı bilsəydik, məşq planımızı fərqli şəkildə hazırlayardıq", - deyə bildirib.

Qeyd edək ki, matçın təxirə salınmasına səbəb "Fulhem"-də artan koronavirus pozitiv test nəticələri olub. Alınan qərar isə rəhbərlik tərəfindən matçdan cəmi 3 saat əvvəl London klubuna bildirilib.

Milli.Az


Etiketlər:  Mourinyo Premyer Liqanı sərt tənqid etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ