Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

20 nəfər əlilliyi olan şəxsə təkərli oturacaqlar verildi (FOTO)

20 nəfər əlilliyi olan şəxsə təkərli oturacaqlar verildi (FOTO)

Tarix: 3 Yanvar 2021 13:39

Bakı. Trend:

20 nəfər əlilliyi olan şəxsə təkərli oturacaqlar yaşadıqları bölgələrə aparılaraq verildi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, qurumun Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi respublikamızın bölgələrində yaşayan əlilliyi olan şəxslərə səyyar formada xidmətlərini davam etdirir.

Mərkəz tərəfindən daha 20 nəfər əlilliyi olan şəxsə təkərli oturacaqlar yaşadıqları şəhər və rayonlara (Sumqayıt, Xırdalan, Quba, Xaçmaz, Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran) aparılaraq təqdim edilib. Həmin rayonlarda yaşayan digər bir qrup əlilliyi olan şəxsə də 12 reabilitasiya vasitəsi verilib.

Əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələrinin elə öz yaşadıqları bölgələrə gətirilib onlara verilməsindən razılıqlarını bildiriblər.

20 nəfər əlilliyi olan şəxsə təkərli oturacaqlar verildi (FOTO) - Gallery Image 20 nəfər əlilliyi olan şəxsə təkərli oturacaqlar verildi (FOTO) - Gallery Image


Etiketlər:  nəfər əlilliyi olan şəxsə təkərli oturacaqlar verildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ