Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2021 11:03
Bakı. Trend:
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha bir rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara şəhər sakini A.Babayevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Astara RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Astara RPŞ-nin istintaq bölməsində araşdırmalar aparılır.