Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2021 11:24
Böyük Britaniyada tətbiq olunan karantin rejiminin əleyhinə aksiya keçirilib. Aksiya iştirakçıları karantin rejiminin dayandırılmasını, iş yerlərinin açılmasını tələb ediblər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yüzlərlə etirazçının iştirakı ilə Hayd park ərazisində keçirilən mitinqdə polislə aksiyaçılar arasında qarşıdurma yaranıb. Nəticədə aksiyaçılardan 17 nəfər həbs edilib.
Polis çağırış edərək virusun yayılmasının qarşısını almaq üçün toplaşmamağı məsləhət görüb.