Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliyada koronavirusa yoluxanların sayı 7,75 milyon nəfəri ötüb

Braziliyada koronavirusa yoluxanların sayı 7,75 milyon nəfəri ötüb

Tarix: 5 Yanvar 2021 08:16

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 20 006 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 753 752 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 543 nəfər ölüb, ölənlərin ümumi sayı 196 561 nəfər təşkil edir.


Etiketlər:  Braziliyada koronavirusa yoluxanların sayı milyon nəfəri ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ