Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 10:14
Ermənistan Səhiyyə Nazirliyinin rəhbəri Arsen Torosyan 27 sentyabr - 9 noyabr tarixlərində Qarabağdakı döyüş əməliyyatları zamanı hərbi itkilərlə bağlı yeni məlumatları açıqlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə öz Feysbuk hesabında açıqlama verən nazir müharibənin başlanğıcından bu günə qədər məhkəmə tibbi ekspertiza xidmətinin 3 360 ölü hərbçinin cəsədlərini və ya qalıqlarını müəyyənləşdirdiyini bildirib.
Onun sözlərinə görə, 2500-dən çox şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi-genetik ekspertizası keçirilib.