Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 10:30
Nigeriyada terrorçular tərəfindən öldürülən 100 nəfərin xatirəsini yad etmək üçün üç günlük matəm elan olunub.
Sonxeber.net unikal.org-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri məlumat yayıb.
"Biz bütün ölkə ərazisində 3 günlük matəm elan etdik", - nazir bildirib. Onun sözlərinə görə, qərar Nigerin Milli Təhlükəsizlik Şurasının iclasında qəbul edilib.
Qeyd edək ki, yanvarın 2-də terrorçular ölkənin Tillaberi rayonundakı iki qəsəbəyə hücum etmişdilər. Çoma-Banqu qəsəbəsində 70, Zarumadareye qəsəbəsində isə 30 nəfər qətlə yetirilmişdi.