Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 11:02
Lerik rayonu Piran kəndində dünyaya göz açan Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə düşmənə qarışı qəhrəmancasına döyüşərkən şəhidlik zirvəsinə ucalan 23 yaşlı gizir Vidadi Cabbarov yaxından tanıyaq. O polkovnik Şükür Həmidovla eyni döyüş yolunu keçib. Şükür Həmidovun rabitəçisi olaraq üzərinə düşən vəzifəsini böyük şücaətlə yerinə yetirib. Düşmənin atdığı mərmi qəlpəsi nəticəsində həlak olan Vidadi ölümündən sonra "Vətən uğrunda", Cəbrayılın və Qubadlının azad olunmasına görə medallarla təltif olunub.
Çox yüksək döyüş peşəkarlığı olan Vidadi Cabbarov Milli Qəhrəman Şükür Həmidovun rabitəçisi idi. Lerik rayonunun Piran kənd sakini Vidadi Cabbarovun Füzulidən başlayan döyüş yolu Şəhid Polkovnik Şükür Həmidovla birlikdə onu Qubadlıya qədər aparır. Çətin və şərəfli döyüş yolunu özünün də dediyi kimi "düşməni əzə-əzə keçir.
Vidadi Cabbarov imkan tapdıqca ailəsinə zəng vurub yaxşı olduğunu ona görə narahat olmamağı dönə-dönə tapşırır.Anası İradə Cabbarova deyir ki,oğlu sona qədər döyüşüb qələbəni görmək istəyib.
Çox yüksək döyüş peşəkarlığı olan Vidadi Cabbarov Milli Qəhrəman Şükür Həmidovun rabitəçisi idi. Vətən müharibəsi başlayan gündən hər iki şəhidimiz eyni döyüş yolu keçiblər. Vidadi Cabbarov düşmən mərmisinin qəlpəsi ilə şəhid olur.Həmin vaxt həyata keçirilən əks hücum əməliyyatı uğurla başa çatır.Vidadinin ailəsi oğlunun döyüş yoldaşı həm də komandiri Şükür Həmidovun yolunu gözləyir.Vidadidən 2 gün sonra isə komandiri Şükür Həmidov şəhid olur.
Vidadi Cabbarov göstərdiyi qəhrəmanlıqa görə ölümündən sonra medallarla təltif olunub.İndi Cabbarovlar ailəsi övladlarının 11 il təhsil aldığı Piran kənd orta məktəbinə şəhidin adının verilməsini arzulayır.
Sonxeber.net xezerxeber.az-a istinadla mövzu ilə bağli videomateriali təqdim edir: