Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 12:56
15 yaşından qlobal iqlim dəyişikliyi kampaniyalarına rəhbərlik etməyə başlayan isveçli iqlim fəalı Qreya Tunberq yeni yaşına qədəm qoyub.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, "Twitter" hesabından 18 yaşı olacağını açıqlayan Qreta illər əvvəl söz verdiyi "qaranlıq sirləri" bölüşəcəğini bildirib.
"18 - Ad günüm üçün xoş arzularını bildirən hər kəsə təşəkkür edirəm. Nəhayət, sərbəstəm! İqlim dəyişikliyi və bütün qaranlıq sirləri açacağam", - o deyib.
Qeyd edək ki, Tunberq dünya səviyyəli hərəkata çevrilən və milyonlarla məktəb yaşında gənci və yetkini özünə cəlb edən bir iqlim dəyişikliyi kampaniyasına başlayıb.
2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda təşkil etdiyi İqlim Zirvəsinə qatılan Tunberq çıxışı ilə bütün dünyanın gündəmində idi. Tunberqin "Burada olmamalıydım, okeanın o tayındakı məktəbdə olmalıydım. Bizdən necə ümid gözləməyə cəsarət edirsən. Boş sözlərinizlə uşaqlığımı və xəyallarımı oğurladınız" sözlərini özündə cəmləşdirən təsirli nitqi internetdə 3 milyondan çox dəfə izlənilib.