Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Üç ilə yaxın döyüşdü, başına 27 tikiş qoydular”

“Üç ilə yaxın döyüşdü, başına 27 tikiş qoydular”

Tarix: 5 Yanvar 2021 13:25

Birinci Qarabağ Müharibəsində polis işləyən xalamoğlu şəhid olub. O, könüllü olaraq cəbhəyə yola düşmüşdü. Sonuncu dəfə mənim toyumda iştirak etdi. İki-üç ildən sonra şəhid oldu. Özü ailə qurmamışdı. Elə mənim toyumda çəkdirdiyi şəkillərə baxıb ağlayırdıq.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova AzTV-də yayımlanan "Ən doğrusu" proqramında qonaq olarkən deyib.

Məşhur müğənni bacısı Lalə Dadaşovanın oğlunun da o zaman yaralandığını söyləyib: "Bacım Lalənin oğlu hərbi xidmətə yollandı. Əsgər kimi vəzifəsini yerinə yetirdikdən sonra hərbçi olmaq istədi. Üç ilə yaxın döyüşdü, başında kantuziya zədəsi (ağır kəllə beyin travması) olub, 27 tikiş qoydular. Çox həyat söndü, insanlar bədbəxt oldular".


Etiketlər:  Üç ilə yaxın döyüşdü başına tikiş qoydular


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ