Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 14:40
Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko "Çelsi"ni çalışdıra bilər.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, London təmsilçisi baş məşqçisi Frenk Lempardla yolları ayırsa, klub rəhbəri Roman Abramoviçin yüksək dəyər verdiyi Şevçenko komandaya gətiriləcək.
Andrey Şevçenko futbolçu olduğu vaxt - 2006 - 2008-ci illərdə "Çelsi"də çıxış edib.
Qeyd edək ki, "zadəganlar" Lempardın rəhbərliyi ilə son 6 matçda 1 qələbə qazana bilib. Britaniya mətbuatında Lempardın istefaya göndəriləcəyi haqda xəbərlər yayılıb.