Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 15:36
Bakı. Elnur Bağışov – Trend:
İranda koronavirusun Britaniya ştammı aşkarlanıb.
Trend-in məlumatına görə, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki deyib.
S.Nəməkinin sözlərinə görə, virusa yoluxan şəxs özünü izolyasiya edib və yaxınlarında onun simptomları aşkarlanmayıb.
Nəməki əlavə edib ki, ilk testdə həmin şəxsdə koronavirus aşkarlanmayıb, lakin növbəti testlərdə bu şəxsdə koronavirusun yeni ştammının olduğu müəyyənləşib:
“Koronavirusun Britaniya ştammına yoluxan şəxs və ailə üzvləri nəzarətə götürülüb. Yeni ştammın aşkarlandığını nəzərə alaraq ölkədə səhiyyə protokollarının artırılması zəruridir”.