Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəqəmli bacarıqlar üzrə tədris portalı yaradılıb

Rəqəmli bacarıqlar üzrə tədris portalı yaradılıb

Tarix: 5 Yanvar 2021 16:42

Bakı. Trend:

Ölkəmizdə əhalinin, o cümlədən xanımların rəqəmli bacarıqlarının artırılması və informasiya-kommunikasiya texnologiyalarından istifadəsi üzrə biliklərinin inkişafı məqsədilə onlayn tədris portalı yaradılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə bildirilib ki, “iktlab.edu.az” onlayn tədris portalı İKT və rəqəmli bacarıqlar üzrə video dərslərdən ibarət ödənişsiz onlayn təlimləri təqdim edir. Portala ana dilimizdə hazırlanmış İKT və rəqəmli texnologiyalar üzrə müxtəlif mövzulara həsr edilən təlimlər yerləşdirilib. Bu kurslar sayəsində istifadəçilər interaktiv formada onlayn təlimlərdə iştirak edəcəklər. Hazırda portalda rəqəmli bacarıqların əsasları, internet texnologiyalarından istifadə və digər bu kimi kurslar üçün video məlumatlar mövcuddur. Yaxın gələcəkdə rəqəmsal marketinq və proqramlaşdırma kursları ilə bağlı materiallar da portala yerləşdiriləcək.

Tədris portalının yaradılmasının məqsədi ölkəmizin hər bir nöqtəsində əhalinin, xüsusilə xanımların ödənişsiz əsaslarla bilik və bacarıqlarının artırılmasına dəstək verməkdir. Təlimləri uğurla başa vuran şəxslər portal üzərindən dərhal sertifikatlarını əldə edə bilərlər.

Onlayn layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi, eləcə də “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Portal “Qadınlar üçün multimedia onlayn kurs və veb-portalın inkişafı” adlı layihə çərçivəsində hazırlanıb.

Bu layihə Ümumdünya Telekommunikasiya İnkişaf Konfransının Regional Təşəbbüslər Çərçivəsi üzrə regional layihələrin reallaşdırılması qərarına əsasən icra olunur.

Qeyd edək ki, https://iktlab.edu.az/ portalında yerləşdirilən təlimlərə qatılmaq üçün qeydiyyatdan keçməyiniz yetərlidir.


Etiketlər:  Rəqəmli bacarıqlar üzrə tədris portalı yaradılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ