Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2025 22:28
Bir müddət əvvəl mərhələli şəkildə Bakıya gətirilən qəzzalı ailə açıqlama verib.
Sonxeber.net xəbər verir ki, ailə Azərbaycan hökumətinin İsrail tərəfi ilə apardığı danışıqlardan sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə ölkəmizə gətirilib.
Ailənin xanımı Nailə Elkord əslən azərbaycanlıdır. O, 1992-ci ildə Bakıda tibb təhsili alan fələstinli Akram Elkordla ailə qurub. Bundan sonra Qəzzaya köçüb.
Onların bu evlilikdən 3 qızı dünyaya gəlib. Ailənin həyatı isə 2023-cü il oktyabrın 7-si başlayan müharibədən sonra tamamilə dəyişib.
Daha ətraflı "İTV"nin reportajında: