Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı sakinindən saxta pul və narkotik götürülüb - FOTO

Bakı sakinindən saxta pul və narkotik götürülüb - FOTO

Tarix: 5 Yanvar 2021 19:44

Bakı sakinindən saxta pul və narkotik götürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nurlan Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 2 ədəd 100 manat, 1 ədəd 20 manat, 1 ədəd 5 manat saxta əsginas, həmçinin, 2,6 qram heroin və elektron tərəzi aşkar edilərək götürülüb.

Saxlanılan şəxs üzərində aşkarlanan saxta pulu tanımadığı şəxsə narkotik vasitə satarkən əldə etdiyini bildirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Milli.Az


Etiketlər:  Bakı sakinindən saxta narkotik götürülüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ