Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 10:28
Bakı. Orxan Nəbiyev - Trend:
Yaponiyada güclü çovğun səbəbi ilə 200-ə yaxın aviareys təxirə salınıb.
Trend-in məlumatına görə, kəskin hava şəraiti Yapon dənizi sahillərində və Hokkaydo adasının şimalında tüğyan edir.
Qeyd olunur ki, ölkənin müxtəlif aeroportlarında bu günə nəzərdə tutulan 14, sabaha planlaşdırılan 183 reys təxirə salınıb.
Sinoptiklərin proqnozlarına əsasən, bölgədə çovğunlar yanvarın 9-dək davam edə bilər.