Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 11:54
"Biz Vətən üçün döyüşməyə gəlmişik. Ölmək bizim üçün seçim deyil. Hər birimiz sağ qalıb vətənimiz uğrunda mübarizə aparmalıyıq".
Ukraynanın "Obozrevatel" telekanalının jurnalisti Kristina Bondarenkonun rus dilində verdiyi suala bu dili bildiyi halda doğma dilimizdə cavab verən əsgərin bu sözləri Vətən müharibəsinin simvollarından birinə çevrilmişdi. Onun səlis nitqi, dilimizə münasibəti ön cəbhədə vuruşan Azərbaycan əsgərinin öz ana dilinə ehtiramını nümayiş etdirdi.
Müharibədən sağ-salamat qayıdan həmin əsgər - Tural Babayev təəssüratını "Xəzər Xəbər"lə bölüşüb.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Tural Babayev sentyabrın 29-da müharibəyə çağırılıb. Tərtər, Talış və Suqovuşan istiqamətlərində vuruşub. Qələbə xəbərini səngərdə alıb.
Tural deyir ki, Vətən müharibəsindən ona xatirə qalan təkcə bu hadisə deyil, o həm də qələbəni səngərdə qarşılayanlardandır. Ona görə də həmin günü heç vaxt unutmayacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl cəbhədən evinə qayıdan Tural Babayev Avropa universitetlərindən birində təhsil alıb.
Mövzu ilə bağli daha ətrafli videomaterialda: