Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 13:09
Tanınmış tarixçi alim Dilavər Əzimli koronavirusa yoluxub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, yaxınlarının sosial şəbəkələrdə yaydığı məlumata görə, alimin vəziyyəti kritikdir. Hazırda FHN-nin Zığdakı modul tipli xəstəxanasında müalicə alan D. Əzimli süni tənəffüs aparatına qoşulub.
Qeyd edək ki, D. Əzimli 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsində çalışır. Tarix üzrə fəlsəfə doktoru, "SİEPO"-nun üzvü, "Dünya Uyğarlığı içərisində Türk uyğarlığı" beynəlxalq türk qurumunun İdarə Heyətinin Azərbaycan təmsilçisi, "Bütöv Azərbaycan Ocaqları" Mərkəzi Şurasının üzvüdür.