Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2019 15:16
Bakı. Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Bakıda səfərdə olan Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin müavini, BMT-nin “Səhralaşma ilə mübarizə haqqında” Konvensiyasının Baş Katibi İbrahim Tyao ilə görüş keçirilib.
Nazirlikdən Trend-ə verilənh məlumata görə, görüş zamanı Azərbaycanda səhralaşma problemi, quraqlığa gətirib çıxaran səbəblər, o cümlədən su ehtiyatlarının azalması, problemin həlli üçün sudan səmərəli istifadə və su itkilərinin azaldılmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb, bu sahədə Konvensiya ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.