Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda gün ərzində 6 min nəfər koronavirusa yoluxub, 82 ölüb

İranda gün ərzində 6 min nəfər koronavirusa yoluxub, 82 ölüb

Tarix: 6 Yanvar 2021 14:48

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 6 283 koronavirusa (COVID-19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 261 903 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 780 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 82 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 55 830 nəfərə çatıb.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 040 521 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 7,93 milyondan çox diaqnoz testi həyata keçirilib.

Hazırda İranda 4 rayon qırmızı zona, 43 rayon narıncı zona və 401 rayon sarı zona hesab olunur.


Etiketlər:  İranda gün ərzində nəfər koronavirusa yoluxub ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ