Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 9 manata görə quldurluq edən şəxsə hökm oxundu - 8,3 il ul

Bakıda 9 manata görə quldurluq edən şəxsə hökm oxundu - 8,3 il ul

Tarix: 15 Iyul 2019 15:36

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən Səid Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, S.Vəliyev 8 il 3 ay azadlıqdan məhrum edilib.

S.Vəliyev Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq) maddəsi ilə təqsirli bilinib.

İttihama görə, 1997-ci il təvəllüdlü S.Vəliyev mühakimə olunduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında tanımadığı İlkin Abdullayev adlı şəxsə yaxınlaşaraq pul istəyib. İlkin qorxaraq cibində olan 11 manatı Səidə verib. İttihamda o da göstərilir ki, Səid aldığı 11 manatdan ikisini İlkinə geri qaytarıb ki, yol pulu etsin. Bundan sonra Səid polis əməkdaşları tərəfindən saxlanılıb.

O, digər şəxsə qarşı da eyni əməli törətməkdə ittiham edilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda manata görə quldurluq edən şəxsə hökm oxundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ