Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 18:30
"Prezident İlham Əliyevin Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi çox gözəl qərardır. Nə qədər imkanımız var, Şuşada mədəniyyət evləri, institutlar yaratmalıyıq".
Sonxeber.net bildirir ki, bunu azvision.az-a açıqlamasında Xalq artisti, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Alim Qasımov deyib.
Xanəndə Şuşadan bir neçə gün öncə qayıtdığını bildirib:
"Cıdır düzündə festivallar təşkil edəcəyik. Oranı ikinci paytaxta çevirəcəyik. Ölkəmizə gələn qonaqlar və vətəndaşlarımız bu şəhərdən mənəvi zövq almalıdırlar. Özüm də 3-4 gün bundan öncə Şuşada oldum. Əsgərlərimizlə, polis və komandirlərimizlə söhbətləşdim. Şəhəri yenidən dirçəldəcəyik. Bundan sonra Şuşadan Azərbaycan mədəniyyətinin qoxusu gələcək".