Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 18:34
"Mançester Siti" futbolçusu Kevin de Brüyne ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, yeni sözləşməyə əsasən, 29 yaşlı yarımmüdafiəçi əvvəlkindən daha az maaş alacaq. Bu isə "Barselona"nın kapitanı Lionel Messinin mümkün transferi ilə əlaqədardır. "Şəhərlilər" 33 yaşlı argentinalınının mövsümün sonunda keçidini reallaşdırmaq istədiyi üçün de Brüyneyə daha çox məvacib xərcləmək niyyətində deyil.
Qeyd edək ki, De Brüyne bu mövsüm Premyer Liqada 14 oyuna çıxaraq, 3 qol vurub və 8 qolun ötürməsini verib.